Karantin tətbiq olunandan indiyənədək bu qədər şəxs həbs olunub - Statistika

11:04 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Aprelin 15-dən 17-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 6 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

ABC.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ötən iki gün ərzində şəhər və rayonlarda təşkil olunmuş xüsusi polis postlarından, ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə ümumilikdə 8970 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 23 şəxs isə inzibati qaydada həbs olunub, 1 cinayət işi üzrə 1 nəfər şübhəli şəxs qismində tutulub.

Ümumilikdə isə martın 17-dən bu günə qədər xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 9 cinayət işi üzrə 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 252 nəfər inzibati həbs edilib, 56 871 nəfərə inzibati cərimə tətbiq olunub, 482 nəfərə xəbərdarlıq edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər