"PAŞA Bank"-ın xalis mənfəəti kəskin azalıb - 10 dəfə

11:52 - 17.04.2020


17 aprel, Fineko/abc.az. PAŞA Bank ASC 2020-ci ilin I rübü üzrə hesabatını açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, ilk 3 ayda bankın xalis mənfəəti 3,48 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə azdır.

Belə ki, Bank ötən ilin eyni dövründən 35,68 milyon manat mənfəətlə çıxmışdı. Hesabatda qeyd olunub ki, 1-ci rübdə PAŞA Bankın faiz gəlirləri 52 milyon 014 min manat (ötən illə müqayisədə 1% az), faiz xərcləri 10 milyon 706 min manat (6,1% artıq), xalis faiz gəliri 41 milyon 308 min manat (2,7%) təşkil edib.

Bu dövrdə bankın qeyri-faiz gəlirləri 24 milyon 699 min manat (ötən illə müqayisədə 2,6 dəfə artıq), qeyri-faiz xərcləri 40 milyon 345 min manat (2,5 dəfə artıq) təşkil edib. Nəticədə bank rübü 25 milyon 661 min manat əməliyyat mənfəəti (28% az) ilə başa vurub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər