"PAŞA Bank" ehtiyatın yaradılmasına böyük məbləğ ayırıb - Mümkün zərərlər üçün

12:02 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi PAŞA Bank ASC 2020-ci ilin I rübü üzrə hesabatını açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 19 milyon 970 min manat ayırıb. Bu əvvəlki illə müqayisədə 38,85 dəfə artıqdır.

Belə ki, ötən ilin 1-ci rübündə Paşa Bank bu məqsədlə cəmi 514 min manat ayırmışdı. Ayrılan eyhtiyatların məbləğinin böyüməsi bankın kredit portfelinin vəziyyətinin pisləşməsinə işarə edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər