Ötən 3 ayda Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə gedib? - SİYAHI

14:45 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında azalma var. Belə ki, sözügedən dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşları  ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz azalaraq 932,5 min nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  vətəndaşların 34,1 faizi İrana, 30,0 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 5,7 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 68,5 faizini kişilər, 31,5 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,8 faiz, Türkiyəyə  gedənlərin sayı 23,8 faiz, Gürcüstana gedənlərin sayı 16,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 13,8 faiz azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər