Gələn ay 190 manat 600 min nəfərə veriləcək - Prezident tapşırıq verdi

17:14 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev bu gün keçirilən videoiclasda işsizlər üçün nəzərdə tutulmuş 190 manat məsələsinə toxunub.

ABC.AZ-ın məlumatına görə, ölkə başçısı dövlət tərəfindən 200 min deyil, 600 min aztəminatlı şəxsə 190 manat yardım göstəriləcək.

Prezident bildirib ki, qeyri-rəsmi işləyən şəxslərə də dövlət yardım edəcək: "Tapşırıq verirəm 600 min nəfər aprel-may aylarında, yəni 2 ay, 190 manat dövlətdən alsınlar. Bu vəsaiti alan vətəndaşlardan xahiş edirəm ki, ikinci ödənişi almaq üçün bank hesabı açsınlar. Bu 600 min insan hər biri bank hesabı açsın və pulu bank köçürmə yolu ilə alsın".

 

Bütün xəbərlər