Üç ayda xalis mənfəəti 2 milyon manata yaxın artan bank - Hesabat

17:16 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Xalis 2020-ci ilin birinci rübündə "Ziraat Bank Azərbaycan"-ın faiz gəlirləri 4156,57 min manat, faiz xərcləri 1309,46 min manat təşkl edib.

ABC.AZ xəbər verir ki, bu bankın birinci rübü üzrə hesabatında açıqlanıb. Hesabat rübündə bankın qeyri-faiz gəlirləri 1 489,59 min manat, qeyri-faiz xərci 2100,95 min manat olub.

Nəticədə "Ziraat Bank Azərbaycan" rübü 1 milyon 883 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bank bu vəsaitin 1270 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üün xüsusi ehtiyatın yaradılmasına yönəldib. Nəticədə bankın xalis mənfəti 612 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər