İcbari tibbi sığorta haqqı yığımları təxirə salındı - Yeni tarix

10:16 - 20.04.2020


20 aprel, Fineko/abc.az. Bildiyiniz kimi Milli Məclisin martın 30-da keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Qanununun 4 maddəsinə dəyişikliklər qəbul edilib.

ABC.AZ xəbər verir ki, sözügedən dəyişiklikdəki bəndlərdən biri icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə 2021-ci il ərzində mərhələli şəkildə tətbiq olunacağı məsələsidir. Bu isə o deməkdir ki, icbari tibbi sığorta yığımı daha bir il təxirə salınıb. Beləliklə də icbari tibbi sığorta haqlarının yığımlarına gələn ildən başlanılacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər