Xarici Bankın Azərbaycan filialı cüzi mənfəət əldə edib - Hesabat

10:36 - 20.04.2020


20 aprel, Fineko/abc.az. "Bank Melli İran"-ın Bakı filialı 2020-ci ilin ilk rübü üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ İran Bankının hesabatına istinadən xəbər verir ki, bank sözügedən dövrü 234 min 172 manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, filial ötən ilin analoji dövründə 8 milyon 603 min manat zərər etmişdi.

Hesabata əsasən, 2020-ci ilin yanvar-mart dövründə "Bank Melli İran" Bakı filialının cəmi gəlirləri 830 min 565 manat, cəmi xərcləri isə 596 min 393 manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən filialın 234 min 172 manat xalis mənfəəti yaranıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər