Azərbaycanda Bakı-Böyük Kəsik istiqamətində 360 km dəmir yolu təmir olundu

12:11 - 9.10.2017


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti  (ADY) Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmirini davam etdirir.

QSC-nin məlumatına əsasən, Ucar–Əlikənd mənzilində 9,5 km dəmir yolunun əsaslı təmiri başlanıb.

“Bu hissənin təmiri bir həftə davam edəcək”, - məlumatda belə deyilir.

14 aprel 2015-ci il tarixində “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin ikinci mərhələsinin reallaşdırılması üçün, ADY QSC  ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkəti arasında İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Müqavilədə,  Bakı-Böyük Kəsik dəmir yolunun 600 km hissəsinin maddi və texniki təchizatı və əsaslı təmiri nəzərdə tutulur. Bu günə kimi ikinci mərhələ çərçivəsində 348 km  yol təmir edilib.

 

Bütün xəbərlər