330x110
 

Marketlərdə alış-verişlərini “Kartmane” ilə edənlərə 5 faiz cashback

20.04.2020,11:10


 20 aprel, Fineko/abc.az. “Rabitəbank” “Kartmane” müştərilərini sevindirməyə davam edir.

“Rabitəbank” daha bir möhtəşəm təklifi ilə öz müştərilərini sevindirir. Artıq bütün “Kartmane” sahibləri marketlərdə alış-veriş zamanı tam 5 faiz cashback qazanacaqlar. Bunun üçün banka gəlməyə və ya əlavə kart sifariş etməyə də ehtiyac yoxdur. Sadəcə marketlərdə “Kartmane” kartınızla ödənişlər edin və 5 faiz cashback qazanın.

“Rabitəbank” müştəriləri “Rabitəbank” mobil tətbiqi vasitəsilə qazandıqları bonusları izləyə və onları idarə edə bilərlər. “Rabitəbank”da 1 bonus – 1 manat dəyərindədir və müştərilər qazandıqları bonusları öz hesablarına anında köçürə bilirlər.

Özündə çoxlu sayda üstünlükləri toplayan unikal “Kartmane” kartı ilə müştərilər fərqli cashback növlərindən birini seçə bilərlər. Bu cashback növlərindən – bütün dünyada istənilən YDM-lərdən 10 faizədək, kafe və restoranlardan 5 faiz cashback, bütün ödənişlərə 2 faiz cashback, bütün market ödənişlərinə 5 faizədək cashback imkanından birini seçən “Kartmane” sahibi “Rabitəbank” mobil tətqibi vasitəsilə istədiyi vaxt cashback növünü dəyişə bilər.

Bununla yanaşı, müştərilər “Rabitəbank”ın durmadan artan partnyor şəbəkəsindən tam 25 faizə qədər əlavə cashback qazana bilərlər. Müştərilər “Kartmane” kartlarındakı vəsait qalıqlarına 6 faizədək gəlir əldə edərək istədikləri vaxt öz vəsaitlərini komissiyasız nağdlaşdıra biləcəklər.

Daha ətraflı məlumat və kart sifarişi üçün “https://rabitabank.com/kartmane” linkinə daxil olaraq tanış ola bilərsiniz.

“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, “İnternet Bankinq” və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.