Ehtiyatların yaradılmasına ayırma 57 dəfə azalan bank - Hesabat

11:11 - 20.04.2020


20 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Bank Melli İran"-ın Bakı filialı 2020-ci ilin ilk rübü üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ İran Bankının hesabatına istinadən xəbər verir ki, bu ilin ilk rübündə filial tərəfində aktivlər üzrə ehtiyatların yaradılmasına ayırma 57 dəfə azalaraq 160 min 365 min manat olub. Halbu ki, ötən ilin analoji dövründə bank tərəfindən ayırma 9 milyon 157 min manat təşkil etmişdi.  Bununla yanaşı 2019-cu ilin ilk rübündə filialın faiz gəlirləri 699 min790 manat ikən, 2020-ci ilin ilk rübündə 655 min 656 manata düşüb. Haqq və komissiya gəlirləri 37 min 665 manatdan 46 min 925 manata yüksəlib, xarici valyuta əməliyyatları üzrə gəlirlər 202 min 165 manatdan 127 min 274 manata geriləyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər