Azərbaycanda 36 milyon 828 min manat məcmu kapitallı xarici bank - Hesabat

11:43 - 20.04.2020


20 aprel, Fineko/abc.az. 31 Mart 2020-ci il tarixində "Bank Melli İran" Bakı filialı 97 milyon 529 min manat cəmi aktivlərə malik olub.

ABC.AZ İran Bankının hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə bankın aktivlərinin 4 milyon 618 min manatını müştərilərə verilən kreditlər, 24 milyon 52 min manatını ticarət üçün alınmış qiymətli kağızlar, 58 milyon 226 min manatını nağd pul vəsaitləri təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin sonunda filial 98 milyon 718 min manat cəmi aktivlərə malik idi və aktivlərin 4 milyon 184 min manatını müştərilərə verilən kreditlər, 22 milyon 815 min manatını ticarət üçün alınmış qiymətli kağızlar, 59 milyon 665 manatını nağd pul vəsaitləri təşkil etmişdi.

Qeyd edək ki, 31 Mart 2020-ci il tarixində "Bank Melli İran" Bakı filialı 36 milyon 828 min manat məcmu kapitala malik olub.

 

Bütün xəbərlər