Bu bank aktivlər üzrə mümkün zərərin ödənilməsinə 430 min manat yönəldib - Hesabat

14:22 - 20.04.2020


20 aprel, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi "Naxçıvanbank" 2020-ci ilin 1-ci rübünün nəticələrini açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, bankın sözügedən dövrdə 2 milyon 608 min manat əməliyyat mənfəəti qeydə alınıb. Bu məbləğin 430 min manatı aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün ehtiyatlara yönəldilib və qalan 2 milyon 177 min manat bankın xalis mənfəəti olub. 1-ci rübdə bank mənfəət vergisi ödəməyib. Qeyd edək ki, bu 2019-cu ilin 1-ci rübü ilə müqayisədə təqribən 2 dəfə, daha dəqiqi 1,95 dəfə artıqdır. 

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər