Neftə tələbin azalması fonunda təklif tələbi yenə də əlavə 10 milyon barel üstələyir - Vüqar Bayramov

15:49 - 20.04.2020


20 aprel, Fineko/abc.az. Neftin dünya bazarındakı qiymətində artımların olmayacağı əvvəldən proqnozlaşdırılırdı.

Bunu ABC.AZ-a millət vəkili Vüqar Bayramov "OPEC Plus" ölkələrinin neftin hasilatını azaltmasından sonra qiymətlərin bahalaşmamasına münasibət bildirərkən deyib.

V. Bayramov qeyd edib ki, məqsəd dünya bazarındakı qiymətlərdə artımlara nail olmaq deyil, çünki "OPEC Plus" da qəbul edir ki, hasilatın gündəlik 9,7 milyon azaldılması neft bazarında neft bolluğu problemini həll etmir: "Çünki ilkin qiymətləndirmələrə görə, neft bazarında neftə tələbin azalması fonunda təklif tələbi yenə də əlavə 10 milyon barel üstələyir. Praktik olaraq koronovirus bazarda 20 milyon barellik boşluq yaratmışdı, yəni tələbin azalmasına səbəb olmuşdu. Nəticədə "OPEC plus" formatı tarixində ən böyük hasilat azalmasına baxmayaraq nefti xilas etmək mümkün olmadı. Çünki pandemiya neftə olan tələbin azalmasına səbəb olur".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər