Azərbaycan neftinin qiyməti yenidən bir barelə 70 dolları ötdü

11:15 - 10.01.2018


10 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,58 dollar və yaxud 0,83% artıb.

Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 70,44 dollar/barelə bərabər olub.

 “Azeri LT” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında, 19,15 dollar səviyyəsində, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilib.

 

Bütün xəbərlər