Azərbaycana dəyəri 46 milyon dollardan çox olan avtomobillər gətirilib - Bir ayda

17:19 - 20.04.2020


20 aprel, Fineko/abc.az. Martda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, martda Azərbaycana idxal edilən avtomobillərin sayı 3945 ədəd, dəyəri isə 46 milyon 742 min ABŞ dolları olub.

Ölkəyə gətirilən avtomobillərin 2-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 3700-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 231-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 12-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

 

Bütün xəbərlər