Tarixdə ilk dəfə olaraq WTI neftinin qiyməti mənfi səviyyəyə düşüb

10:32 - 21.04.2020


21 aprel, Fineko/abc.az. WTI üzrə may fyuçers qiymətləri, 306% ucuzlaşaraq, rekord dərəcədə aşağı dünya tələbatı şəraitində dolmuş neft-qaz anbarları ilə bağlı treyderlərin narahatlıqları fonunda bir barelə mənfi $37,63 səviyyəsində başa vurub.

Pandemiya şəraitində neftə tələbatın kəskin şəkildə aşağı düşməsi koronavirus şəraitində bazarının neftlə dolu olmasına gətirib çıxardı və onun saxlanması üçün rezervuar gücü kifayət etmədi. Bununla əlaqədar istehsalçılar alıcılara hasil edilmiş nefti almaq üçün pul ödəməyə məcburdurlar.

Dow Jones'un məlumatına görə, bazar ertəsi günü WTI qiymətinin düşməsi 1983-cü ildə bu məlumatların izlənilməsindən bəri rekord olmuşdur.

Çərşənbə axşamı günü may müqaviləsinin müddəti sona çatır. Bazar ertəsi ticarət nəticələrinə görə iyun ayı üzrə müqavilə 4,6 (18,3%) - bir barelə 20,03 dollara düşdü.

Kuşinq də daxil olmaqla, ehtiyat anbarlarının tez bir şəkildə doldurulması, treyderləri, may və iyun müqavilələri arasında qiymətdə əhəmiyyətli bir fərqə səbəb olan, may ayında sərbəst gücləri tapa biləcəyindən şübhə etməyə vadar edir.

London ICE Futures birjasında Brent neftinin fyuçersləri 2,27 (8,08%) enərək bir barelə $25,81 təşkil etmişdir.

 

Bütün xəbərlər