Karantin qaydaları yenə pozuldu - Bu dəfə 1818 nəfər saxlandı

14:30 - 21.04.2020


21 aprel, Fineko/abc.az. Xüsusi karantin rejiminin pozulmasına görə 20.04.2020-ci il saat 00:00-dan 21.04.2020-ci il 00:00-dək olan müddət ərzində avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1818 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib

Qeyd edək ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 33334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər