Fərdi sahibkarlara 26,71 milyon manat vəsait ödənilib - Proses davam edir

16:34 - 21.04.2020


21 aprel, Fineko/abc.az. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 48.659 vergi ödəyicisindən müraciət daxil olub.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumatda qeyd olunub ki, 45.002 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 32,6 mln. manat təşkil edir.

Aprelin 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 26,71 mln. manat vəsaitin 35.223 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər