Onlara da vergi güzəştləri planlaşdırılır - Siyahı

15:15 - 22.04.2020


22 aprel, Fineko/abc.az. Müxtəlif vergi rejimlərində çalışan vergiödəyiciləri üçün vergi güzəştləri planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı “Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi”ndə deyilir.

Bildirilir ki, koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, 2020-ci il yanvarın 1-dən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

• Mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə:

- Əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

• Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergiödəyiciləri üzrə:

- Sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər