Bu şirkət holdinq oldu - Adını da dəyişdi

17:22 - 22.04.2020


22 aprel, Fineko/abc.az. "Abşeron Tikinti-Təchizat" MMC adını və təşkilati-hüquqi forması dəyişərək "Crystal Holding" ASC-yə çevrildiyini elan edib.

ABC.AZ xəbər verir ki, yenilik barədə şirkət elan verərək ictimaiyyəti məlumatlandırıb.

Qeyd edək ki, sözügedən şirkət 2018-ci ilin dekabr ayında dövlət qeydiyyatına alınıb.  Holdinqə çevrilmiş şirkətin nizamanmə kapitalı 100 min manat, qanuni təmsilçisi Baxış Əliyevdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər