Sahə baytarlıq məntəqələri ləğv olunacaq - Prezidentdən Fərman

17:35 - 22.04.2020


22 aprel, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki baytarlıq idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həmin idarələrin strukturuna daxil olan sahə baytarlıq məntəqələrinin 2022-ci ilin sonuna qədər mərhələli şəkildə ləğv edilməsi ilə bağlı tədbirlər görəcək.

ABC.Az xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün imzaladığı "Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanda qeyd olunub.

Fərmana əsasən, nazirlik həmçinin xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin vahid qaydada təşkil edilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyi ilə baytarlıq subyektləri arasında bağlanacaq müqavilənin nümunəsini iki ay müddətində təsdiq etməli, baytarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (bundan sonra – EKTİS) onların qeydiyyatını və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin elektron qaydada izlənilməsini təmin edən Baytarlıq Xidmətləri Monitorinqi altsisteminin bir il müddətində formalaşdırılmasını təmin etməlidir.

 

 

Bütün xəbərlər