Bakının 6 saylı marşrutunun hərəkət trayektoriyasına dəyişiklik edilib

12:48 - 10.01.2018


10 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın 6 saylı marşrutunun hərəkət sxeminə dəyişiklik edib.

Agentlikdən verilən məlumata əsasən, artıq marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək.

6 saylı marşrutun avtobusları yeni trayektoriya ilə artıq sınaq rejimində hərəkət edir.

 


Bütün xəbərlər