Bu ölkələr karantini ləğv edir - SİYAHI

10:13 - 23.04.2020


23 aprel, Fineko /abc.az. Ərəb dünyasının beş ölkəsi karantin qadağalarını azaltdıqlarını açıqlayıblar.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, bu dövlətlər İordaniya, Fələstin, Tunis, Yəmən və İraqdır.

Belə ki, İordaniya hökuməti koronavirusa yoluxma hadisəsinə rast gəlmədiyi cənub şəhərlərində komendant saatını azaldıb. Eləcə də Fələstində bir neçə vilayətdə bəzi müəssisə və banklar yenidən fəaliyyətə başlayıb.

Tunisdə də 22 martdan tətbiq edilən ümumi karantin çərçivəsində bəzi dəyişikliklərin ediləcəyi açıqlanıb.

Yəmən də isə ölkənin şərqindəki Hadramevt əyalətində tətbiq olunan komendant saatının sona çatdığı açıqlanıb. İraqda bəzi bölgələr istisna olmaqla, Ramazan ayında komendant saatının yüngülləşdiriləcəyi bildirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər