Peşə hazırlığı müdavimlərinə təqaüd veriləcək - 250 manat

11:20 - 23.04.2020


23 aprel, Fineko/abc.az. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri peşə hazırlığı prosesində fasilə yaranmış  müdavimlərin təqaüdlər veriləcək.

ABC.AZ xəbər verir ki, yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin şəxslərə fasilə yaranmış dövr üzrə təqaüdlərinin ödənişi təmin olunacaq. Bu sosial müdafiə tədbiri 500-dən çox müdavimi əhatə edəcək.

Qeyd edək ki, peşə hazırlığına cəlb olunanlara hər ay minimum əmək haqqı qədər (250 manat) təqaüd verilir.

 

 


Bütün xəbərlər