Əməliyyat xərcləri 1 milyon 218 min manata yüksələn şirkət - Hesabat

11:37 - 23.04.2020


23 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Marş Sığorta və Təkrar sığorta Brokeri” ötən ili 481 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə şirkət 1 milyon 855 min manat broker haqqı qazanıb. Müqayisə üçün qey edək ki, şirkət 2018-ci ildə 1 milyon 714 min manat broker haqqı əldə etmişdi.

Gəlirin artmasına baxmayaraq illik müqayisədə əməliyyat xərclərinin 846 min manatdan 1 milyon 218 min manata yüksəlməsi əməliyyat mənfəətinin və yekunda da xalis mənfəətin azalmasına səbəb olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər