Gürcüstanın Azərbaycanda qalan vətəndaşları ölkələrinə qaytarılır - Qeydiyyat başlayıb

11:56 - 23.04.2020


23 aprel, Fineko/abc.az. Gürcüstanın Azərbaycandakı səfirliyi ölkə vətəndaşlarının geri qayıtması üçün qeydiyyata başlayıb.

ABC.AZ xəbər verir ki,  bu barədə “SOYDAŞ” İctimai Birliyi məlumat yayıb. Məlumata görə, Gürcüstana qayltmaq istəyən vətəndaşlar pasportlarının şəklini çəkərək səfirliyin +994 50 250 07 10 WhatsApp nömrəsinə göndərməlidir.

Bununla yanaşı yaxın günlərdə xüsusi avtobusla vətəndaşların Gürcütana gətirilməsi təşkil olunacaq.  Qeyd edək ki, Gürcüstan sərhədini keçəndən sonra vətəndaşlar, koronavirus səbəbi ilə 2 həftə karantinə alınacaqlar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər