Əlilliyi olan şəxslər üçün kiçik biznes qurulacaq - Proses başlayıb

14:37 - 23.04.2020


23 aprel, Fineko/abc.az. Azərbaycanda əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanılıb.

ABC.AZ Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ilk mərhələ kimi Şəmkir rayonunda əlilliyi olan şəxslərə arıçılıq üzrə kiçik bizneslərini qurmaları üçün aktivlər (arı ailələri, zəruri ləvazimatlar) verilib. Yaxın günlərdə Şamaxı, Zaqatala rayonları və Sumqayit şəhərində də bu proses davam edəcək.

Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şərait yaradılması nəzərdə tutulub. Layihənin icrası üçün pilot olaraq 12 şəhər və rayon müəyyən edilib. Həmin bölgələr üzrə işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi aparılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər