14:08 - 10.01.2018
10 yanvar, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda cümə axşamı günü, yanvarın 11-də gözlənilən hava haqqında məlumatı təqdim edib.
Beləliklə, yanvarın 11-də Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Gecə saatlarında yarımadada 1-3, gündüz isə 6-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 75-85% təşkil edəcək.
Azərbaycanın bölgələrində yanvarın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024