İnflyasiya məqbul səviyyədədir - Elman Rüstəmov

16:42 - 23.04.2020


23 aprel, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının  növbəti iclası keçirilib.

ABC.AZ Mərkəzi Bankın yaydığı məlumata istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov iclasda ölkədə makroiqtisadi sabitlik davam edir, inflyasiya məqbul səviyyədədir, milli valyuta - manatın məzənnəsi sabitdir, valyuta bazarında vəziyyətin əhəmiyyətli dərəcədə normallaşdığını bildirib.

E.Rüstəmov qeyd edib ki, bank sektorunda vəziyyət qənaətbəxşdir, likvidlik normaldır, kredit aktivliyinin bərpa olunması davam edir, eyni zamanda, biznes kreditləşməsində artım, istehlak kreditlərində isə azalma müşahidə olunur.

Son aylarda həmçinin əhalinin əmanət bazasında artım və dedollarizasiya trendlərinin başlanılması qeyd edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər