İş adamları Elman Rüstəmova bu təklifləri etdilər - SİYAHI

17:01 - 23.04.2020


23 aprel, Fineko/abc.az. Sahibkarlar Mərkəzi Bankın sədri Elman Rüstəmovla iclasda bir sıra problem və təklifləri dilə gətiriblər.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, iclasda sahibkarlar pandemiya şəraitində üzləşdikləri çətinlikləri qeyd edərək bank sektoru qarşısında kredit öhdəliklərinin restrukturizasiyası, cari fəaliyyətlərində dövriyyə vəsaitlərinin çatışmazlığını həll etmək üçün yeni kreditlərin ayrılmasını təklif edinlər.

Bununla yanaşı valyuta rejiminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, hesablaşmalarda, xüsusilə də kiçik biznesdə hesablaşmalarda nağd vəsaitlərdən istifadə imkanlarının nəzərdən keçirilməsi, bu istiqamətdə çeklə hesablaşmaların da tətbiq imkanlarına baxılması, mikrokreditləşmə mexanizmləri üzrə tələblərin sadələşdirilməsi, biznesin kreditləşməsinin aktivləşməsi üçün zəmanət mexanizmlərindən daha geniş istifadə edilməsi kimi fikirlər səsləndiriblər.

E.Rüstəmov müzakirələrin nəticələrini ümumiləşdirərək görüşün faydalı olduğunu qeyd edib. Bildirib ki, iclasda qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərərfli öyrəniləcək və həmin istiqamətlər üzrə birgə iş aparılacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər