Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu - Karantinə alındı

11:59 - 24.04.2020


24 aprel, Fineko/abc.az. Azərbaycanda daha bir səhiyyə işçisi koronavirusa yoluxub.

ABC.AZ xəbər verir ki, bunu həkim oftalmoloq Yazgül Abdiyeva sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, koronovirusa yoluxan həkim Namiq Nəbiyev ilk gündən koronavirusla mübarizəyə qoşulanlar sırasında olub. Y.Abdiyeva qeyd edib ki, adıçəkilən həkim fevral ayından başlayaraq Qobustan, Neftcala, Cəlilabad, Astara, Biləsuvar rayonunda və Olimpiya kəndində karantin xəstəxanalarında xidmət göstərib, həmçinin Bakı və Bakı ətrafı rayon xəstələrinin infeksion qəbulu şöbəsində aktiv çalışan həmkarlarımızdan biri olub. Doktor N. Nabiyev hazırda ATU-da müalicə alır.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanda bir həkim koronovirusa yoluxaraq dünyasını dəyişib.

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər