Azərbaycanda daha 44 nəfər koronovirusa yoluxdu - Son rəqəmlər

16:08 - 24.04.2020


24 aprel, Fineko/abc.az. Son 24 saatda ölkədə 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ABC.AZ xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, aterosklerotik kardio skleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırda 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1013 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat etmiş, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114 min 410 test aparılıb.

 

Bütün xəbərlər