Dünya Bankı Ermənistan və Azərbaycan arasındakı ərazi münaqişəsini regionda potensial iqtisadi sarsıntı hesab edir

16:50 - 10.01.2018


10 yanvar, Fineko/abc.az. Dünya Bankı Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına təsir edə biləcək riskləri hesablayıb.

Hesabata əsasən, bölgədə proqnozlaşdırılan iqtisadi yüksəliş qeyri-sabitdir və həm regionda, həm də onun hüdudlarından kənarda siyasi qeyri-müəyyənlik və geosiyasi risklərin artması ilə bağlı təhlükələrlə qarşılaşa bilər.

Perspektivdə əlavə risk amilləri, xammal məhsullarına olan qiymətlərinin endirilməsinin bərpası və beynəlxalq maliyyə bazarlarının qeyri-sabitliyidir. Zəiflik amilləri  milli bank sistemlərinin zəif yerləridir. Avropa inteqrasiyasının ləğv edilməsi Avropa və Mərkəzi Asiya ölkələrində, bu regionlar arasında cərəyan edən sıx ticarət və maliyyə əlaqələr nəticəsində, öz təsirini göstərəcək.

Regionda və ya onun periferiyasında geosiyasi gərginlik  iqtisadi artıma mənfi təsir göstərə bilər. Suriyadakı  şiddətin yeni dövrü  invesor və istehlakçıların etibarını sarsıda bilər. Regionda potensial sarsıntıların misalı kimi, Rusiyadakı terror hərəkətlərini, Ukraynanın şərqindəki yük daşımalarının blokadasını, Ermənistan və Azərbaycan arasındakı ərazi münaqişəsinin davamını qeyd etmək olar. Əksinə, Mərkəsi Asiya ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi, o cümlədən,  Qırğızıstan ilə Özbəkistan arasında sərhədin demarkasiyası haqqında ilkin razılaşma və Tacikistanla Özbəkistan arasında birbaşa hava bağlantısının  bərpa edilməsi, riskin  azaldılmasının misalıdır.

Xammal məhsullarına olan qiymətlərin  endirilməsinin bərpası,  regionda xammal məhsulları ixracatçıları olan ölkələrdə iqtisadi artımın qarşısını alan daha bir təhlükəyə işarədir,  dünya maliyyə bazarlarında şəraitin nizamsız sərtləşməsi valyuta məzənnələrinə təzyiq göstərə,  kreditlərin dəyərinin yüksəlməsinə və kapitalın xaric olmasına gətirib çlxara bilər.

 

Bütün xəbərlər