Sabunçunun bu küçələrində yollar təmir olunub - SİYAHI

17:19 - 24.04.2020


24 aprel, Fineko/abc.az. Ötən üç ayda Sabunçu rayonunda uzunluğu 20 kilometr olan küçə və yol təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 20 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Təmir işləri Pirşağı qəsəbəsi üzrə A.Ağazadə və Ə.Məlikov küçələri, Bağlar massivi, Maştağa qəsəbəsi üzrə S.Vurğun küçəsi, Zabrat qəsəbəsi üzrə R.Axundov və Qazıməmməd küçələri, Ramana qəsəbəsi üzrə İslam Rəhmanov, Mirəsədulla Qafarov, Cəfər Cabbarlı, Hüseyn Cavid və Xanlar küçələridir, həmçinin sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da görülüb.

 

Bütün xəbərlər