Prezidentdən Ukrayna ilə bağlı Fərman - Saziş təsdiqləndi

17:39 - 24.04.2020


24 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq olunub.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında 2019-cu il dekabrın 17-də Bakıda imzalanmış Saziş təsdiq edilib. İqtisadiyyat Nazirliyinə saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

 

Bütün xəbərlər