"Günay Bank"ın kreditlərinin 60%-i gecikir - Ciddi problem

10:32 - 27.04.2020


27 aprel, Fineko/abc.az. "Günay Bank"ın kredit portfelində ciddi problemlər yaranıb.

ABC.AZ bankın 2020-ci ilin 1-ci rübünün nəticələri üzrə hesabatına istinadən xəbər verir ki, "Günay Bank"ın  kreditlərinin 60%-dən böyük hiissəsinin ödəniş vaxtı keçib. Hesabata əsasən, sözügedən dövrdə "Günay Bank"ın kredit portfeli 30,3 milyon manat və ya 20% artaraq 181 milyon 854 min manata çatıb. Bunun 6,7 milyon manatı banklara və digər maliyyə institutlarına  verilən kreditlərdir. 175,1 milyon manat isə iqtisadiyyatın ayrı-ayrı sahələrinə ayrılıb.

Kreditlərin böyük hissəsi – 117 milyon manatı biznes təyinatlıdır, daha 56 milyon manat daşınmaz əmlaka, 2,2 milyon manat isə istehlaka verilən kreditlərdir. Amma kredit poortfelindəki rəqəmlərin artımına baxmayaraq, portfelin keyfiyyəti yaxşı deyil.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər