Azərbaycan Mərkəzi Bankı qısamüddətli notları tam həcmdə yerləşdirib

17:06 - 10.01.2018


10 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı bu gün qısamüddətli notları tam həcmdə  yerləşdirib.

Bak Fond Birjası xəbər verir ki, yanvarın 10-da AMB  50100267S dövlət qeydiyyat nömrəli notlar satıb.

Notlar 150 milyon manat həcmində təklif edilmiş, notların tədavül müddəti 28 gün təşkil edir.

Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı  98,8472 AZN (14,99%) və 99,0755 AZN (12,00%) olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 150 686 200,00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8472 AZN (14,99%), orta ölçülmüş qiyməti 98,8803 AZN (14,52%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150 000 000 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 7 fevral 2018-ci il.

 

Bütün xəbərlər