Baker Tilly şirkəti Koronovirusla Mübarizəyə Dəstək Fonduna 15.000 manat vəsait köçürdü

10:34 - 27.04.2020


27 aprel, Fineko/abc.az.   Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni koronavirus infeksiyasına (COVID-19) qarşı görülən hərtərəfli və məqsədyönlü tədbirlərə dəstək olmaq məqsədilə xalqın sağlamlığını qorumaq və ölkədə infeksiyanın yayılmasına qarşı mübarizəni gücləndirmək üçün Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Qeyd edək ki, Baker Tilly özünün korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq bu təşəbbüsə qoşuldu və Fonda 15.000 manat vəsait köçürdü.

Azərbaycanın audit bazarında 12 ildən artıq uğurla fəaliyyət göstərən və “Baker Tilly” beynəlxalq şəbəkəsinin üzvü olan “Baker Tilly” şirkəti, hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınmaqdadır.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Audit sisteminin beynəlxalq təcrübə və standartlar əsasında təkmilləşdirilməsi ölkə iqtisadiyyatında maliyyə şəffaflığını, büdcə vəsaitlərindən təyinatına uyğun istifadəni təmin etməklə, Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət edir”. Baker Tilly şirkəti də Azərbaycan Respublikasında auditor xidməti bazarının genişləndirilməsi, auditin beynəlxalq standartların tələblərinə uyğun aparılmasının təmin edilməsi, habelə ölkənin iqtisadi həyatında auditin rolunun və əhəmiyyətinin daha da gücləndirilməsi istiqamətdində öz dəstəyini göstərməyə davam edir.

Eyni zamanda şirkət özünün korporativ sosial məsuliyyət siyasəti çərçivəsində bir sıra sosial, o cümlədən elm və təhsilin inkişafına yönəldilmiş layihələrdə fəal iştirak edir.

Qeyd edək ki, dünyanın 147 ölkəsində fəaliyyət göstərən və özündə 126 üzv şirkəti birləşdirən “Baker Tilly İnternational” şirkəti, öz gəlirlərinə görə dünyanın 10 qabaqcıl mühasiblər və məsləhətçilər şəbəkəsi sırasında olmaqla, 2007-ci ildən bəri ölkəmizdə “Baker Tilly” şirkəti ilə təmsil olunur.

Bütün xəbərlər