Karantin rejimi təkrar sərtləşdirilərsə sahibkarlar yenidən iqtisadi itkilərlə üzləşəcək - Mikayıl Cabbarov

11:16 - 27.04.2020


27 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən həftənin şənbə günü brifinq keçirib.

ABC.AZ-ın məlumatına görə, nazir karantin rejiminin təkrar sərtləşdirməyə məcbur olduqları halda sahibkarların yenidən iqtisadi itkilərlə üzləşməsi, külli miqdarda maddi zərər və ya müflisləşmə ilə nəticələnə biləcəyini açıqlayıb.

M.Cabbarov qeyd edib ki, koronavirus pandemiyası çoxsaylı insan ölümünə səbəb olmaqla yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, sosial və səhiyyə problemləri ilə də üz-üzə qoyub: "Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Koronavirus pandemiyasından ölkə vətəndaşlarının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması üçün Azərbaycanda aparılan siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma halları məhdudlaşdırılıb. Düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər