Xalis mənfəəti 43 faiz azalan bank - Hesabat

14:57 - 27.04.2020


27 aprel, Fineko/abc.az. “Azərbaycan Sənaye Bankı” ASC 2020-ci ilin 1-ci rübünü 2 milyon 236 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin 1-ci rübü ilə müqayisədə “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 43,4% azalıb.

Belə ki, "Azərbaycan Sənaye Bankı" 2019-cu ilin 1-ci rübünü 3 milyon 207 min manat xalis mənfəət ilə bağlamışdı. Digər göstəricilərə gəlincə bank 31 Mart 2020-ci il tarixində 907 milyon 328 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 319 milyon 27 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 2019-cu ilin sonu ilə müqayisədə bankın aktivləri azalıb. Belə ki, 31 Dekabr 2019-cu il tarixində "Azərbaycan Sənaye Bankı" 985 milyon 151 min manat cəmi aktivlərə malik idi və aktivlərin 331 402 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər