Neft sürətlə ucuzlaşmağa davam edir, WTI bir barelə $11, Brent isə $19-a ticarət edilir

09:17 - 28.04.2020


28 aprel, Fineko/abc.az. Neft, investorların portfeldə təkrar istehsalın gücləndirilməsi şəraitində müqavilələr imzalamaq istəməməsi səbəbindən ucuzlaşır. Hər şey neft təklifinin artmasını və onun saxlanması üçün güclərin tükənməsini göstərir.

Saat 8:35-də London ICE Futures birjasında Brent-in iyun ayı üçün fyuçers qiyməti $0,93 (4,65%) azalaraq bir barelə $19,06 təşkil edib.

Aprelin 27-də ICE Futures birjasında keçirilən ticarətin nəticələrinə görə, Brent-in iyun ayı üçün fyuçers qiyməti $1,45 (6,76%) - bir barelə $19,99-a düşüb.

Saat 8:35-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun ayı üçün fyuçers qiyməti 1,68 (13,15%) – barel başına $11,10-a qədər azaldı.

Aprelin 27-də Nyu-York əmtəə birjasında (NYMEX) hərracların nəticələrinə əsasən, WTI-nin iyun ayı üçün fyuçers qiyməti $4,16 (24,56%) - barel başına $12,78-ə düşüb.

 

Bütün xəbərlər