Azərbaycanda cəmi balans kapitalı artan bank - Hesabat

10:19 - 28.04.2020


28 aprel, Fineko/abc.az. “Yapı Kredi Bank Azərbaycan” QSC  2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, bankın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, bankın cəmi balans kapitalı  ötən dövrlə müayisədə artaraq 80  milyon 393 min manata çatıb və verilmiş kreditlər üzrə sağlamlaşdırma siyasətini gücləndirmək məqsədi ilə hesabat tarixinə ehtimal edilən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 44 milyon manat təşkil edir.

Bankın ümumilikdə cəlb etdiyi depozit portfeli 263 milyon manat təşkil edib. Qeyd edək ki, fiziki və hüquqi şəxslərin tələbli depozitlərinin həcmində ötən ilin müvafiq dövri ilə müqayisədə 12 milyon manat artım müşahidə olunmuşdu.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər