"Muğanbank" hesabat açıqladı - Kredit portfeli 12 milyon manatdan çox artıb

11:23 - 28.04.2020


28 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Muğanbank" 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, 31 mart 2020-ci il tarixində "Muğanbank" 605 milyon 734 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 378 milyon 227 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin sonunda "Muğanbank" 660 milyon 836 min manat cəmi aktivlərə malik idi. Həmin aktivlərin 366 milyon 66 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Göründüyü kimi, ilk rübdə "Muğanbank"-ın kredit portfeli 12 milyon 161 min manat və ya 3,3% artıb. 31 Mart 2019-cu il tarixində "Muğanbank"-ın cəmi aktivləri 524 milyon 83 min manat təşkil etmişdi.

Qeyd edək ki, 31 Mart 2020-ci il tarixində "Muğanbank" 80 milyon 400 min manat məcmu kapitala malik olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər