Zərdabda çəltik əkini sahələri genişləndirilir - 300 hektara çatdırılacaq

17:36 - 28.04.2020


28 aprel, Fineko/abc.az. Zərdab rayonunda çəltik əkininə ciddi hazırlıq işləri aparılır.

ABC.AZ Rayon icra hakimiyyətinə istinadən xəbər verir ki, ötən il 211 hektar sahədən 1000 tondan çox çəltik istehsal olunan Zərdabda bu ildə əkin sahələrinin 300 hektara çatdırılacağı gözlənilir.

Öz keyfiyyəti ilə seçilən yerli istehsala tələbat artdıqca torpaq mülkiyyətçiləri əkin sahələrini ildən-ilə genişləndirirlər. Hazırda çəltik səkkiz icra nümayəndəliyində, xüsusilə daha çox Yuxarı Seyidlər, Körpükənd, Məlikli, Əlibəyli ərazilərində əkilir.

Artıq şum çıxarılıb, kifayət qədər toxum tədarük olunub. May ayının ikinci ongünlüyündən əkinə start veriləcək.

 

Bütün xəbərlər