AYİB Azərbaycandakı 5 layihəyə 20 milyon avro ayıracaq - Yaxın vaxtlarda

10:18 - 29.04.2020


29 aprel, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı 2020-ci ildə Azərbaycanda layihələrə 250 milyon dollardan artıq vəsait yatırmağa hazırdır.

ABC.AZ xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti prezident İlham Əliyevlə videokonfrans zamanı bildirib.

O, qeyd edib ki, 2019-cu ildə Azərbaycana sərmayələrimizin həcmi aşağı səviyyədə olub. AYİB prezidentinin sözlərinə görə, 2020-ci ildə bu vəsaitin həcmini mühüm dərəcədə artırmağı planlaşdırırıq: "Xüsusilə, Azərbaycanda layihələrə 250 milyon dollardan artıq vəsait yatırmağa hazırıq. AYİB Azərbaycanın dövlət və özəl sektorunda layihələri fəal kreditləşdirməyə hazırdır. Xüsusilə, yaxın həftələrdə 5 layihəyə 20 milyon avro ayıracağıq. Bundan başqa, Azərbaycan Mərkəzi Bankı ilə 50 milyon dollar məbləğində “Swap” razılaşmamiz var”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər