Vəziyyət gərgindir, amma onu idarə edirik - Elman Rüstəmov

10:46 - 29.04.2020


29 aprel, Fineko/abc.az. "Azərbaycan əhalisi, iş adamları hökumətin, o cümlədən Mərkəzi Bankın  atdığı addımlardan anlamalıdır ki, biz bu qeyri-adi böhranın qarşısından geri çəkilmirik".

ABC.AZ-ın məlumatına görə, bunu  AzTV-də qonaq olarkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, Azərbaycanı istəməyən qüvvələr bədbin proqnozlar verirlər: "Arzu etdiklərini həqiqət kimi təqdim edirlər. Amma bu, onların dedikləridir, həqiqət deyil. Biz heç kimdən heç nəyi gizlətmirik. Reallıq nədirsə, onu Azərbaycan vətəndaşlarına deyirik. Vəziyyət gərgindir, mürəkkəbdir, qeyri-müəyyəndir, amma onu idarə edirik və bundan sonra da idarə etmək fikrindəyik".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər