Dövlət müəssisələrinin kommersiyalaşdırılmasını AYİB-lə müzakirə etməyə hazırıq - İlham Əliyev

10:57 - 29.04.2020


29 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi aprelin 28-də prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti arasında videokonfrans olub.

ABC.AZ-ın məlumatına görə, videokonfrans zamanı bir sıra vacib məsələlər müzakirə olunub.

İ.Əliyev ASK sektorunda suvarma sisteminin yaxşılaşdırılması üzrə layihələrin AYİB ilə birgə maliyyələşdirilməsində Azərbaycanın maraqlı olduğunu ifadə edib.

“2019-cu ildə Azərbaycanda quraqlıq olub, həmçinin 2020-ci ildə bu problem mövcuddur. Bu sahədə xüsusi komissiya yaratmışıq. Bəzi hallarda su itkilərimiz 40-50% təşkil edir. Bu məqsədlərə öz vəsaitimizi də ayırmağa hazırıq”, - dövlət başçısı bəyan edib.

İ.Əliyev həmçinin Azərbaycanın AYİB ilə dövlət müəssisələrinin kommersiyalaşdırılması, qismən özəlləşdirilməsi məsələsini müzakirə etməyə hazır olduğunu qeyd edib.

 

Bütün xəbərlər