Azərbaycanın ən çox qeyri neft-qaz məhsulları satdığı ölkələr - Siyahı

11:17 - 29.04.2020


29 aprel, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2020-ci ilin 1-ci rübü üzrə "İxrac İcmalı"nı təqdim edib.

ABC.AZ hesabata istinadən xəbər verir ki, 2020-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 133 milyon dollar təşkil edib. Bu fevral ayı ilə müqayisədə 14,2% azdır.

Bu ilin mart ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (46,4 milyon dollar), Türkiyəyə (29  milyon dollar), İsveçrəyə (12 milyon dollar), Gürcüstana (8  milyon dollar) və Ukraynaya (6,2 milyon dollar)  ixrac edilib.

Ümumilikdə 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon dollar dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 13,7 milyon dollar və ya 3,3%  artıb.

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər