Ötən ay əcnəbilər bank kartları ilə 54 milyon manatlıq əməliyyat aparıblar

11:21 - 29.04.2020


29 aprel, Fineko/abc.az. Bu ilin mart ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 53,9 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin aprel sayında qeyd edilib.

Ümumilikdə isə 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 212 milyon manat təşkil edib.

 


Bütün xəbərlər